
Elnur Əliyev 27 avqust 1981-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alaraq televiziya rejissoru ixtisasına yiyələnmiş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2006-cı illərdə həmin universitetin televiziya rejissoru ixtisası üzrə magistr pilləsinə daxil olmuş və fərqləmə diplomi ilə başa vurmudur. 2006-2009-cu illərdə aspirantura pilləsində təhsil almış, "Azərbaycan teleməkanında kliplərin mövzu, struktur və janr problemləri" mövzusunda dissertasiya işinin və beş elmi məqalənin müəllifidir. 2003-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, 2021-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür 2004-2005-ci illərdə "Film" Prodüser Mərkəzində rejissor, 2005-2006-cı illərdə "Mozalan" satirik kinojurnalıda rejissor və ssenarist kimi çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk montaj üzrə aparıcı mütəxəssis, 2007-2008-ci illərdə ANS Şirkətlər Qrupuna daxil olan "Bakı Film" kinostudiyasında prodüser kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Əlavə təsir" bədii filmində icraçı prodüser müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən etibarən ATV, Space TV, AzTV, Lider TV, Xəzər TV kimi kanallarda məşhur layihələrin ssenari müəllifi və rejissoru olmuşdur. Paralel olaraq bu illər ərzində bir sıra reklam çarxlarında, çoxsaylı musiqili reklam kliplərində çalışmışdır. Rejissorun 2013-cü ildə çəkdiyi “Alınmaz qalanın qəhrəmanları” qısametrajlı sənədli-bədii filmi Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın – Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir. 2018-ci ildə quruluş verdiyi "Son nəfəsədək" filmi real hadisələr əsasında çəkilib. 2003-cü ildə “Gənclik və sülh” adlı BMT–nin Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filminə görə Fəxri Fərmana layiq görülüb. 2004-cü ildə Xalq artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli filmi “START” Tələbə Film Festivalında “ən yaxşı sənədli film” nominasiyasında ll yerə layiq görülüb.