
Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur. Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur. Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi. Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.