
Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub. Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-2026-cü ildə "Nizami" Kino Mərkəzində direktor vəzifəsində çalışıb. 2026-сı ildən Azərbaycan Respublikasının Kino Agentliyində Bədii Şuranın üzvüdü. 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı ("Olimpia" filmi) 2025-ci il "Qızıl Pəri" kino mükafatı (Ən yaxşı debüt filmi “Əlvida, Şmidt!”)