
Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.