
Biri ssenarist, biri rejissor olan iki qardaşın ərsəyə gətirdiyi film uğursuz alınıb. Elə premyera günü onlar, pulları batmış sponsorlar tərəfindən şiddətli şəkildə döyülürlər və gecə yarısı küçəyə atılırlar. Şəhər küçələrini sərgərdan dolaşaraq evlərinə doğru piyada gedən qardaşlar bir gecə klubunun yanından keçirlər. Birdən taleyin hökmü kimi gecə klubundan qarşılarına özləri kimi döyülmüş bir qız çıxır. Onlar bu qıza növbəti fəaliyyətləri üçün bir stimul, ilham pərisi kimi baxırlar və onu evlərinə gətirirlər. Sübh tezdən həyatlarında yeni səhifə açırlarmış kimi qızla bərabər yeni ssenari yazıb yaratmağa başlayırlar. Məsələ də ondadır ki, adını "OL" qoyduqları ssenaridə baş verən hadisələrin qəhrəmanları özləri olurlar.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.