
İşğaldan azad olunmuş Qarabağ torpağında həyat yenidən çiçəklənir. Balaca Narqız göyə çərpələng uçurur və dünyada hər şeyi unudaraq onun dalınca qaçır. Sevinc içərisində olan qız torpaq altında olan və öz saatını gözləyən təhlükənin fərqində deyil. Bu minadır. “NARQIZ” qısametrajlı animasiya filmi ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. Filmin əsas məqsədi uşaqların diqqətini mina təhlükəsinə cəlb etmək, eləcə də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Maarifləndirici səciyyə daşıyan film insanlar üçün dinc dövrdə ən böyük təhlükə olan minalar, onlardan qorunmaq, ehtiyatlı davranmaq qaydalarını və təcrübələrini paylaşmağın vacibliyini vurğulayır. Bütün bunlar audiovizual vasitələr, milli mədəni irsin inciləri, təsviri tamaşaçıya daha aydın çatdıran musiqi və qrafika vasitəsilə təqdim olunmaqla, XXI əsrin müasir və gerçək vaqeəsini nəql edir.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.