
Gəncəli Vaqif Afaq Gəncəlini dəlicəsinə sevən, fanatik fanatıdır. Afaq Gəncəlini bu dərəcədə sevən insanın başına gələcək ən gözəl hadisə təbii ki, Afaqın onun maşınına minməsi idi. Vaqifin taksisi ilə hava limanına gedən Afaqın çantası onun maşınında qalır. Vaqif çantanı götürüb Afaq minən təyyarənin arxasınca qaçsa da, çantanı Afaqa verə bilmir. Vaqif maşın alverçisi olan dostu Etibardan Bakıya getmək və çantanı Afaqa vermək üçün kömək istəyir. Çantanı Afaqa vermək üçün yola çıxan dostların başına hadisələr gəlir.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.