
Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə — Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər. Amma insanlardan aralı düşən, kimsəsiz adada tənha həyat tərzi keçirən general reallıq hissini unudub. O, öz "müalicəsi" zamanı ən əsas məqamı yaddan çıxarır — sağalmaq üçün Akif özü bunu istəməlidir.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.