
Hadisələr müasir Bakıda baş verir. Arzu gənc qızdır, o məktəbi bitirmək üzrədir və Tibb universitetinə daxil olmağa hazırlaşır. Peşə seçimində o qədər də azad deyil. Onun anası Səbinə qızının həyatını istədiyi kimi qurmaq istəyir. Səbinə yaxşı cərrahdır və qızının gələcəyini yalnız tibb aləminə bağlı görür. Səbinə həmçinin, imkanlı rəfiqələrinin oğulları arasında qızı üçün evlənə biləcəyi oğlan axtarışındadır. Bu barədə qızının nə düşündüyü onu maraqlandırmır. Arzu bu mənfəətpərəst mühitə müqavimət göstərir. O, həm də musiqi dərslərinə gedir. Bu dərslər zamanı, müəlliməsi Nərgiz xanımın oğlu Rafael ilə tanış olur. Öncə Rafael Arzunun qəlbində qarışıq hisslər oyadır, amma sonradan Arzu onu sevdiyini anlayır. Rafael və Arzu arasında yaş fərqi böyükdür. Rafael çətin həyat yaşayıb, müharibədə yaralanıb, kontuziyadan sonra uzun müddət xəstəxanada müalicə alıb. Onlar arasında müsiqiyə olan sevgidən başqa heç bir şey yoxdur. Amma, bu yetərlidir ki, aralarında sevgi yaransın. Vəziyyətin gərginləşməsinə səbəb həm də odur ki, Arzuya varlı ailədən olan, yaxınlarda Londondan qayıdan Əli də vurulub. Səbinə və Rəna rəfiqədirlər, onlar uşaqlıqdan bir-birini tanıyırlar və düşünürlər ki, uşaqlarının xoşbəxtliyi onların əlindədir. Arzunun seçimi nə olacaq? O, ya anasının dediklərini edib, maddi stabillik əldə edəcək, ya da Rafaellə qalıb çətin həyat sürəcək. Amma musiqinin cazibəsi keçsə, ahəng isə adi həyatın səs-küyündə batsa, o zaman nə baş verəcək?...
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.