
Valentina Aslanova 1945-ci il mayın 16-da Tbilisidə anadan olmuşdur. 1962–1966-cı illərdə Moskva Bədaye Teatrının məktəb-studiyasında təhsil almışdır. A. Puşkin adına Moskva Dram Teatrında və N. Qoqol adına Moskva Dram Teatrında çalışmışdır. 1973-cü ildən Ordu Teatrında fəaliyyət göstərməyə başlayıb. Kino fəaliyyətinə isə 1966-cı ildən başlayıb. O, "Şərq dəhlizi" (1966), "Qeyri-adi gün" (1972), "Ələ keçirmə" (1986), "Azərbaycanfilm"də "Sevil" (1970), "Var olun, qizlar!" (1972), "Ürək…ürək" (1976) filmlərində müxtəlif rollarda çıxış etmişdir.