
1990-cı ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Aktyorluğu Ana Sənət Dalı bölümünü bitirib. Bir il Ankara Dövlət Teatrında çalışıb. 1993-2001-ci illər arasında Antalya Dövlət Teatrı İdarəsində işləyib. 2002-ci ildən etibarən Bursa Dövlət Teatrında fəaliyyət göstərməyə başlayıb. Teatr aktyorluğu ilə yanaşı, bir çox kino və televiziya işlərində də iştirak edib. 1997-ci ildə azərbaycanlı rejissor Namik Ağayev ilə birlikdə “OL Teatrı”nı yaradıb. Teatrın ilk layihəsi olaraq “Xoş gəldin, Nazim” adlı tamaşa səhnələşdirilib. Daha sonra Richard Baxın eyniadlı kitabından uyğunlaşdırılan “Martı” adlı teatr tamaşasını nümayiş etdirib.