
Teymur Bəkir oğlu Bəkirzadə 14 sentyabr 1941-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir. Rejissor 1995-ci ildə vəfat edib. "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub.1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb. Son filmi "Ləqəbi "İKA"dır" tammetrajlı bədii filmini tamamlamadan vəfat etmişdir.