
Telman Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirmişdir. Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol almışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bir neçə televiziya tamaşasında və filmdə çəkilmişdir. 4 iyul 2017-ci ildə 69 yaşında ürəktutmadan vəfat etmişdir.