
Tahir Əliyev "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995–2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003–2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007–2008), "Salnamə" kinostudiyasında quruluşçu rejissor (2008–2016) kimi çalışıb. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür.