
Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib. 1 fevral 2011-ci il tarixində insultdan vəfat edib. Nizami rayon qəbiristanlığında dəfn edilib.