
Rəhman Fürqətoğlu 1989-cu ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncə şəhərində bitirib. 2009-cu ildən etibarən TV və film sahəsində çalışıb. Kəpəz Müstəqil Tele-Radio şirkətində 2009-cu ildən 2015-ci ilə kimi fəaliyyət göstərib. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Kinorejissorluq fakültəsində Bakalavr və Magistr pillələrini bitirib. Görkəmli kinorejissor Vaqif Mustafeyevin tələbəsi olub. 2015-ci ildən bu günə kimi ölkənin ən reytinqli seriallarında çalışıb. 2019-2020-ci il dönəmində 1 il ARB televiziyasında rejissor olaraq fəaliyyət göstərib. Bu işlərlə yanaşı fərdi olaraq reklam, klip və filmlər ərsəyə gətirib. İlin Gənc Rejissoru, Vətənimin xatirəsi film mükafatına, Naxçıvan film festifalında ən yaxşı rejissor mükafatına layiq görülüb. Rasim Ocaqov təqaüdçüsüdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.