
Rəvan Muradov — rejissor, ssenarist və reklam filmləri istehsalçısıdır. O, Azərbaycan animasiya və kino sahəsində yeni ifadə formaları yaradan yaradıcı müəlliflərdəndir. Rəvan Muradov Azərbaycan tarixində ilk animasiya serialları olan “Balta” və “Bucağ” layihələrinin müəllifidir. O, “Animafilm 2023” animasiya festivalının, “Cannes Young Lions Azerbaijan 2025” reklam müsabiqəsinin, “AİAZ” film festivalının, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun süni intellekt üzrə qrant müsabiqəsinin qalibi olmuşdur. Son illərdə süni intellekt alətlərinin imkanlarının sürətlə artması fonunda Rəvan Muradov ənənəvi kino və animasiya biliklərini bu texnologiyalarla birləşdirərək, yaxın regionda süni intellekt vasitəsilə istehsal olunmuş ən uzunmetrajlı film hesab edilən “Xətai” layihəsini ərsəyə gətirmişdir.