
Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır.