
Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri). 2002-ci ildən prezident təqaüdçüsü olub. 2026-cı ildə sənətkarın 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda yaradıcılıq gecəsi keçirilmişdir. Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.