
Mirhafiz Həsənov, 2003-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “SABAH qrupları”nın məzunudur. İxtisası kinorejissorluqdur. İndiyə qədər 6 qısametrajlı bədii filmin müəllifidir: Təsadüf (2022) - “Student World Impact Film Festival”ında (Amerika) “Honorable Mention” olaraq seçilib. (Tələbə kateqoriyası/ qısametrajlı bədii film) Qonaq (2023) - "14-cü Bakı Beynəlxalq Film Festivalı"nda nümayiş proqramına seçilib. (Tələbə kateqoriyası/ qısametrajlı bədii film) Çağırılmamış Qonaq (2024) - 2024-ci ildə keçirilən ARKA-nın “Tələbə filmləri” müsabiqəsinin qaliblərindən biri idi. (qısametrajlı bədii film) Qurban (2025) - "CINEMO Beynəlxalq Mobil Film Festivalı" 2025 - də nümayiş proqramına seçilib. (qısametrajlı bədii film). AKİ-nin “Ağ-qara hərflərin rəngli yuxuları” layihəsində rejissor kimi iştirak edib.