
Kənan Balakişiyev Şəki teatrında studiyada fəaliyyət göstərmişdir. O, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Müstəqil Səhnə Teatrında Rüstəm İbrahimbəyovun “Şirəbənzər” əsərində Ramiz, Yekəpər və Rafiq obrazlarını canlandırmışdır. Laçında səhnələşdirilən “Sarı Aşıq” tamaşasında Kənan obrazını ifa etmişdir. Müstəqil Sıfır Teatrında Anton Çexovun “6 nömrəli palata” əsərində Nikita, Poçtalyon və Mayseyko obrazlarını canlandırmışdır. O, Azərbaycan Könüllülər Təşkilatı tərəfindən təşkil edilən bir çox tamaşalarda iştirak etmişdir. Kənan Balakişiyev həmçinin “O tərəfi kölgə” bədii filmində, “Çağrılmamış qonaq” və “Qurban” qısametraj filmlərində rol almışdır.