
1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib. Ali Kursları bitirdikdən sonra il yarım Xabarovskda Uzaq Şərq Kinoxronika Studiyasında rejissor işləyib. 2003-cü ildə "Səma kökləri" filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülüb. "Səma kökləri" filmi dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib, bir çox Rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leyptsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olub. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilib. "Səma kökləri" filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına salınıb. İlgar Safat həmçinin teatr rejissoru kimi fəaliyyət göstərir, 2013-cü ildə S. Vurgun adına Rus Dram teatrın səhnəsində Ceyn Ostinin "Qürur və qərəz" (Гордость и предубеждение)adlı əsəri əsasında eyni adlı tamaşa qurmuşdur. 2014-cü ilin Noyabr ayında, Rus Dram teatrının səhnəsində Hacı Murad Yegizarovun yubileyinə həsr olunmuş "Artist və onun kölgəsi" (müəllif- Vladimir Stupinski) tamaşasını qurub.