
İbrahim Əsgər oğlu Əliyev 1949-cu il iyul ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Əsgər İbrahim oğlu Əliyev məktəbdə tarix fənnindən dərs demişdir, anası Hökümə Məmmədbağır qızı Əliyeva isə evdar qadın olmuşdur. 1967-ci ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. 1963-cü ildən Fioletov adına klubun dram dərnəyində həvəskar aktyor kimi çalışıb.1971-ci il İbrahim Əliyev incəsənət institutun aktyorluq fakültəsinə daxil olub. Bir müddət Şəki Dövlət Dram Teatrında daha sonra Gənclər Teatrında çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Estrada və musiqili teatr rejissoru" kafedrasında çalışıb. 2020-ci il 26 noyabr tarixində vəfat edib.