
Fatimə Məmmədzadə 2020–2024-cü illərdə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq ixtisası üzrə bakalavr təhsili almışdır. Hazırda həmin ixtisas üzrə magistratura pilləsinin II kurs tələbəsidir. 2025-ci ilin yanvar–iyun aylarında Erasmus Mübadilə Proqramı çərçivəsində təhsilini xaricdə davam etdirmiş, bu müddət ərzində müxtəlif workshop, konsert və tanınmış bəstəkarların master-klasslarında iştirak etmişdir. Onun əsərləri müxtəlif konsert proqramlarında səsləndirilir. İki beynəlxalq müsabiqədə laureat adına layiq görülmüşdür. Yaradıcılığında əsas istiqamət akademik müasir musiqidir. Müəllifi olduğu əsərlər sırasında simfonik orkestr üçün musiqi, kamera-instrumental, solo və s. kimi əsərlər yer alır. Akademik janrla yanaşı, film musiqisi sahəsində də fəaliyyət göstərmişdir. “Çağırılmamış qonaq” qısametrajlı filmi və “Tikanlı Kol” animasiya filminin musiqisinin müəllifidir. Akademik və tətbiqi musiqi sahəsində yaradıcılıq fəaliyyətini davam etdirir.