
Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu "7 oğul istərəm" filmindəki Qəqəni obrazı ilə sevib. Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də "Yuğ" teatrının veteranlarındandır. 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975–1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. 1989-cu ildən isə "Yuğ" teatrının aktyorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti üzrə dərs deyir. "Mosfilm"in istehsalı olan "Ən Mühüm Tapşırıq", "Qələbə", "Yeddi oğul istərəm", "777 nömrəli iş", "Bircəciyim", "Doğma sahillər", "Evin kişisi", "Evlənmək istəyirəm", "Qara gölün cəngavəri", "Qəzəlxan", "Şərikli çörək", "Dənizə çıxmaq qorxuludur", "Alman klinikasına şəxsi səfər", "Yuxu yaddaşı", "Tərsinə çevrilmiş dünya", "Cavid ömrü", "Sübhün səfiri", "Dolu" kimi bədii filmlərdə, "Yaşıl eynəkli adam", "Günahsız Abdulla", "P. S.", "Fatehlərin divanı", "Nekroloq", "Dəvətnamə", "Gəl təzədən evlənək" kimi televiziya filmlərində müxtəlif obrazlar yaradıb. "İdmançı olmaq istəyirdim"