
İranın ən tanınmış dini və tarixi film rejissorlarından biridir. Yaradıcılığında əsasən Qurani-Kərimdə və İslam tarixində yer alan hadisələri ekranlaşdırmışdır. "Həzrəti Yusif" serialı onun ən uğurlu və beynəlxalq səviyyədə ən çox izlənilən əsəri hesab olunur. Serialın ssenarisi üzərində təxminən 3–4 il çalışmış, çəkilişlər isə xüsusi inşa edilmiş qədim Misir dekorasiyalarında həyata keçirilmişdir.