
Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır.