
Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur. Cütlüyün Savi adlı qız övladı var. Daha sonra Diana həyat yoldaşının da üzvü olduğu Dihaj adlı musiqi qrupu yaratmışdır. Qrup əsasən indi pop, elektronika və eksperimental janrında musiqilər ifa edir. Diana bir müddət İngiltərənin paytaxtı Londonda yaşamış və orada Müasir Musiqi Performansları İnstitutunda təhsil almışdır.