
2000-ci ildən musiqi karyerasına başlayan Ceyhun Zeynalov ilk vaxtlar reperlik və aranjimanla məşğul olmuşdur. Yaşıl gözlər mahnısı ilə reqqi üslubuna keçid etmişdir. Bu üslubda ikinci mahnısı olan Buludlar ona əsas məşhurluq gətirmişdir. Buludlar Azərbaycanla bərabər, Türkiyədə də böyük populyarlıq qazanmışdır.