
20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır.