
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə musiqi yazmışdır. 50-dən çox filmin səs və musiqi tərtibatını qurmuşdur. 2016–2019-cu illərdə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma studiyasında səs rejissoru kimi çalışıb. "Audiokitab" layihəsinin səs mütəxəssisi olmuşdur. Eduard Artemyevin (Stalker, Güzgü, Sibiriada), Michael Price (Şerlok, Xobbit "mus.red.", Drakula), Alla Zaqaykeviç(Mamay, İkinci əl, Bələdçi) kurslarında iştirak edib. 2017-ci ildə Kiyev Dovjenko mərkəzinin və British Council şurasının təşkil etdiyi "Envision Sounds" proqramının iştirakçısı olmuşdur. 2018-ci ildə həmin proqramın finalçısı olaraq "Mute Nights" bəstəkar və musiqiçilər üçün nəzərdə tutulmuş beynəlxalq kinofestivala dəvət almışdır. Finalda Britaniya rejissoru Antony Asquithin 1928-ci ildə çəkilən "Underground" filminə musiqi yazmışdır. Film canlı alətlərlə festivalda Dovjenko mərkəzinin kinozalında nümayiş olunub. Həmçinin "British Council Azerbaycan" şurasının təşkilatçılığı ilə Bakıda "Flame towers" kinoteatrında canlı alətlərlə təkrar nümayişi baş tutmuşdur. 2018–2019-cu illərdə LOLA texnologiyaları üzrə Tallin Teatr və Musiqi Akademiyasında və Praqa Musiqi Akademiyasında master-klasslarda iştirak etmişdir. 2022-ci ildə Praqada keçirilən Elements FMT festivalda əsəri ifa olunmuşdur. 2023-cü ildə Estoniyada keçirilən "Commute" audiovizual və elektron musiqi festivalının iştirakçısı olmuşdur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bəstəkarlıq kafedrasında müəllim olaraq işləyir. Əsasən kino və teatr musiqisi üzərində çalışır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Dövlət Milli Dram Teatrının musiqi hissə müdiri və bədii şuranın üzvüdür. Həmçinin Azərbaycan radiosunda musiqi redaktoru olaraq çalışır. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinorejissorlar Gildiyasının idarə heyətinin üzvüdür.