
Amin Zəndəqani (1972, Tehran) — iranlı aktyordur. O, teatr, kino və televiziya sahələrində fəaliyyət göstərir. Zəndəqani daha çox tarixi və dini mövzulu ekran əsərlərindəki rolları ilə tanınır. Onun tanınmış işləri arasında «Mülk-i Süleyman» (2010) və «Muxtarnamə» serialı yer alır. Aktyor musiqiçi Siyavuş Zəndəqaninin oğludur.