
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövləat Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir. 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir. Rejissor Vasif Babayevin qardaşıdır.