
Zaur Şəfiyev 1980-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. Birinci sinfə Xətai rayonu 59 saylı orta məktəbində getmiş, daha sonra təhsilini Nizami rayonu 215 saylı məktəbdə davam etdirmiş və 1997 ci- ildə 245 saylı məktəbdən məzun olmuşdur. Daha sonra Xəzər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.Sonra Rüstəm İbrahimbəyovun kino məktəbində kinoprodüser fakültəsində təhsil almış, İbrus Teatrında aktyor kimi işləmişdir. İlk rolu Rüstəm İbrahimbəyovun Molyerin Tartüf pyesi əsasında Azərbaycan adına uyğunlaşdıraraq səhnəyə qoyduğu tamaşada olub. Zaur Şəfiyev bir sıra seriallarda, filmlərdə və qısametrajlı filmlərdə çəkilmışdir. Qısametrajlı filmlərindən biri ilə Kann kinofestivalında iştirak etmişdir