
Xatirə Süleymanova 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. 1977–1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983–88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb. 1989–94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib. 1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1994–96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996–2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.