
Vüsalə Ağayeva (Vüsalə Ağamalıyeva) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasında təhsil alıb. Tələbəlik vaxtlarından Vaqif İbrahimoğlunun “Yuğ” teatrındakı ustad dərslərində iştirak edib. Müəyyən vaxtlarda Musiqili Teatrın ədəbi hissə şöbəsində, “Space” televiziyasının yaradıcılıq emalatxanalarında təcrübə keçib. Aktrisa Vüsalə Ağayeva rejissor Namiq Ağayevin həyat yoldaşıdır.