
Valeh Kərimov 1944-cü il mart ayının 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. Bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 2005 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2015-ci ildən başlayaraq Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir. 2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işə başlayıb.