
2009-cu ildə Nyu-Yorkda Vice Mediaya (o zamanlar VBS.tv) qoşulub, redaksiya və istehsal sahəsində çalışıb. 2010-cu ildə Moskvaya köçüb və Dojd telekanalında tanıtım və interstitial məzmuna rəhbərlik edib. Həsənov daha sonra Berlinale Talents və EAVE Producers vörkşoplarında iştirak edib. Rüfət Həsənov kinematoqrafiya sahəsində beynəlxalq diqqəti ilk dəfə 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi ilə cəlb edib. Film, Lokarno Film Festivalında Qızıl Bəbir nominasiyası qazanıb. O, Bakur Bakuradze, Natalya Merkulova və Aleksey Çupov kimi rejissorlarla əməkdaşlıq edərək yüksək səviyyəli layihələrdə işləyib. Onun ikinci filmi olan Daxildəki Ada (2020) Sarayevo kinofestivalında Ən Yaxşı Rejissor mükafatını qazanıb,[Yeni İran Filmləri Festivalında (fr. Festival Nouvelles Images Persanes) Beynəlxalq Münsiflər Heyəti Mükafatını alıb və Azərbaycanın 94-cü Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film nominasiyası üzrə təqdimatı oldu. 2014-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. 2019-cu ildə o, Debüt Film Studiosun baş direktoru olub və burada istehsal, post-istehsal, distrübusiya və inkişaf etməkdə olan kinorejissorlar üçün maliyyəni dəstəkləyən film laboratoriyası olan InterAct layihəsini başladıb. 2020-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində Kinematoqrafiya şöbəsinin (sonradan Audiovizual və İnteraktiv Media) müdiri vəzifəsinə təyin edilib, ARKA-nın (Azərbaycan Respublikası Kino Agentliyi) yaradılmasına nəzarət edib və 2022-ci ildən 2023-cü ilədək müvəqqəti icraçı direktor vəzifəsində çalışıb, həmçinin ölkənin ilk milli film komissiyası olan “Filming Azerbaijan”ı təsis edib. 2023-cü ildən Timur Bekmambetov tərəfindən təsis edilmiş Hollivud studiyası olan Bazelevs Companydə innovativ Screenlife formatı ilə məşğuldur. 2025-ci ildə Vaşinqtonda, Mərkəzi Asiya-Qafqaz İnstitutunun təqaüdünü qazanıb. 2008-ci ildən Men ştatındakı Rencli Leyks regional məktəbində qonaq təlimçi kimi başlayaraq, Litvada Yay Media Məktəbində seminarlara rəhbərlik edib (2015), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakıdakı YARAT Müasir İncəsənət Məkanında təlimlər verib.