
Rauf Əliyev 1 may 1947-ci ildə Şuşada doğulub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1966), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasını (1975) bitirib. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində musiqi redaktoru (1973-1975), “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru (1975-2017) kimi çalışıb. 14 iyun 2017-ci ildə Bakıda vəfat edib.