
Orxan Babayev, 2 iyun 1997-ci ildə anadan olmuşdur. 2014-2019cu illərdə ADA Universitetində “Dövlət və İctimai münasibətlər” ixtisası üzrə bakalavr təhsili almışdır. Hazırda rejissor və ssenarist kimi fəaliyyət göstərir. O, Azərbaycan Kinematoqrafcılar İttifaqının dəstəyi ilə “Ağ-qara hərflərin rəngli yuxuları” layihəsində iştirak etmiş və Rövşən İsax mentorluğu ilə “Məhkəmə” qısametrajlı filmini çəkmişdir. Bu film 16-cı Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “Ən Yaxşı Tələbə Filmi” mükafatını qazanmışdır. Bundan öncə isə o, “Sonuncu Siqaret” qısametrajlı filminin rejissoru və ssenaristi olmuş və bu film Cinemobile Film Festival çərçivəsində nümayiş etdirilmişdir. O, həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqında üç aylıq ssenari yazarlığı kursu keçmişdir