
Orxan Abbasov Moskvada anadan olub, Bakıda böyüyüb. 2015-ci ildə Parisdə quruluşçu operator ixtisası üzrə Master of Fine Arts təhsil alıb. “Procter and Gamble” (2011-2013), “RedBull” (2013-2014), “Samsung” (2014-2015) şirkətlərinin Qafqaz üzrə regional marketinq meneceri olub. 2015-ci ildən Paris və Bakıda peşəkar kino fəaliyyətini davam etdirir. 2020-ci ildən “Debüt” Film Studiyasının kreativ direktorudur.