
Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. İkinci təhsil olaraq Rüstəm İbrahimbəyovun Kino məktəbində - Dramaturgiya fakultəsini bitirib. Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir. N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub. 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Böyük qayıdış” qısametrajlı filmlər müsabiqəsində “Hasar” filmi ilə qalıb olub. 2022 ildə isə Nazirliyin - Tammetrajlı filmlər layihəsində “Əlvida, Noyabr!” ssenariləri ilə avqust ayında isə Azərbaycan kinostudiyasının “Azərbaycanfilm – 100” ssenari müsabiqəsində “Zirzəmi” adlı ssenari ilə qaliblər sırasında olub.