
Maqsud Məmmədov 1969-cu ildə anadan olub. Maqsud Məmmədov Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini 1995-ci ildə bitirib. 1994-cü ildən S. Vurğun adına Rus Dram Teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Aqent ("Vid s mosta" A. Miller), Mahmud ("Ray v şalaşe" K. Aslanov), Aktyor ("Salam, mən sizin dayınızam" Elçin), Doristeo ("Xitroumnaya vlüblyonnaya" L. de Veqa), Reks ("Nedosyaqayemaya" S. Moem), Tomas Mor ("Kral oyunları" Q. Qorin), Celme ("Çingizxanın sirri" M. Şaxanov), Şoklü Məlik ("Burla xatun" N. Xəzri), Kazımbəyov ("Neft bumu" R. İbrahimbəyov), Jon Vallone ("Daha bir Cekson" X. Berqer), Qersoq Albanski ("Kral Lir", U. Şekspir), Şapur ("Fərhad və Şirin" S. Vurğun) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.