
İlkin Misgərli 6 yanvar 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.