
Hüseynov Hüseyn 1984-cü il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. 1991–2000-ci illər paytaxtın 63 saylı orta məktəbində və 1996–2000-ci illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil almışdır. 2002–2006-cı illər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində İnstrumental ifaçılıq ixtisası (klarnet aləti) üzrə təhsil almışdır. 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olaraq, "Estrada sənəti" ixtisası üzrə təhsilini bitirməkdədir. 1993–1994-cü illər ilk musiqi dərslərini atası musiqiçi Məşədi Məhəmməd Hüseynovdan almışdır. 1996–2000-cı illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil alarkən, tanınmış saksofon ifaçısı Eldar Zeynalovdan da dərslər almışdır. 1998–2000-ci illər klarnet ifaçılığı üzrə bilikləri artırmaq üçün Qulammirzə Mirzəyevdən dərslər almağa davam etmişdir