
Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir. 2020-ci ildən "Actors Agency" aktyor agentliyi ilə əməkdaşlığ edir.