
Abdullayeva Gülnarə Baba qızı 1973-cü il dekabr ayının 29-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsini bitirib. Hələ tələbə ikən Azərbaycan Dövlət Estrada Teatrında R.İçərişəhərlinin “Evlənmək istəyirəm” tamaşasında Mehri, E.Filiponun “Silindr” əsərində isə baş qəhrəman obrazını canlandırıb. 2000-ci ildən 2008-ci ilə kimi Şuşa Dövlət Musiqili Dram teatrında aktrisa-vokalist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Ə.Haqverdiyevin “Pəri cadu”, N.B.Vəzirovun “Dağılan tifaq”, S.Rüstəmin “Durna”, H.Mirələmovun “Heykəllərin fəryadı” və digər tamaşalarda rol alıb. 2013-cü il aprel ayından etibarən Azərbaycan Dövlət Musiqili Teatrında vokal artisti-solist vəzifəsində calışır.