
Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001–2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən). Professional Kinorejissorlar Gildiyaasında koordinator (2003–2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003–2005), ANS TV-də rejissor (2005–2006) kimi çalışıb. Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir. 2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir.