
Emil İslam oğlu Nəcəfov İrəvanda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb (1996-2000). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (1998-2002), “M group production”da xətt prodüseri (2002-2004), icraçı direktor (2004-2006), “No Problem” MMC-də prodüser (2006-2007), “Made in Baku Production”da prodüser (2007-2009), “Ultra prodakşın”da prodüser (2010-2022) olaraq çalışıb. “M group production”un istehsalı olan “Mərc Şou” və “Maşın Şou” TV lahiyələrinin icraçı direktoru olub. 2022-ci ildən “Azərbaycanfilm” kinostudiyasının direktor müavinidir. Bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri və koprodüseri olub. Prodüseri olduğu filmlər müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb.