
Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya institutuna daxil olmuşdur.1985-88-ci illərdə SSRİ hərbi dəniz donanması sıralarında hərbi qulluqda olmuşdur. 1990-cı ildə institutu bitirdikdən sonra Dövlət “Yuğ”teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1995-1997-ci illərdə Dövlət Tele-Radio verilişləri nəzdindəki “Proloq” studiyasınin bədii rəhbəri işləmişdir. Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür.